Abdulla Gül prokurorluqda ifadə verdi
19 noyabr 2014 14:03 (UTC +04:00)

Abdulla Gül prokurorluqda ifadə verdi

Türkiyənin sabiq prezidenti Abdullah Gül Ankara Prokurorluğunda ifadə verib. Lent.az-ın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, Gülün ifadəsi “Rifah” Partiyası dövrünə aid olan və ictimaiyyət arasında “itkin trilyon iddiası” adlandırılan məsələyə görə alınıb.


İfadə verməsi barədə A.Gülün rəsmi internet saytında məlumat yerləşdirilib: “Vəzifə müddətinin bitdiyi üçün A. Gülün toxunulmazlıq hüququ da aradan qalxır. Buna görə də sabiq prezident Baş Prokurorluğa müraciət edərək, qeyd olunan iddiaya görə ifadə vermək istədiyini bildirib.
Prokurorluq Gülün bu təklifini qəbul edərək, onu ifadə verməyə çağırıb. Hüquqi dövlət budur”

A.Gül onu da vurğulayıb ki, ifadə verərək, bu əməliyyatın sona çatmasına görə məmnun oldum.

Qeyd edək ki, Ağır Cəza Məhkəməsi “itkin trilyon” iddiasına baxaraq, bütün partiya səlahiyyətliləri, o cümlədən partiyanın baş mühasibi barəsində bəraət qərarı vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar