Acarıstan Ali Sovetinin keçmiş sədri Aslan Abaşidzenin mühafizəsinin sabiq rəisi David Xalvaşi Türkiyə sərhədində saxlanılıb.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, Xalvaşi Gürcüstana “Sarpi” gömrük-keçid məntəqəsindən keçərək, daxil olub.
Hazırda David Xalvaşi həbsxanadadır.
O, “qanunsuz silahlı dəstə yaratmaqda, qeyri-qanuni azadlıqdan məhrumetmədə, sərbəst toplaşmaq azadlığını pozmaqda və başqasının mülkiyyətini mənimsəməkdə” ittiham olunur.
D.Xalvaşi 2005-ci ildə qiyabi olaraq, suçlu bilinib. O, 2004-cü ildə Aslan Abaşidze ilə birlikdə Acarıstanı tərk edib.