Mayın 27-də Avropa Birliyinin liderləri Rusiya qarşı tətbiq olunacaq sanksiyanın üç variantını müzakirə edəcək.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.
Məlumatda qeyd edilib ki, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları üç mərhələyə ayırıb və hazırda ikincisi tətbiq edilir. Bu mərhələ ayrı-ayrı vətəndaşlara və şirkətlərə yönəlib.
Üçüncü də isə ölkə iqtisadiyyatına qarşı görüləcək tədbirlər nəzərdə tutulub.
“Sanksiyalar paketi artıq hazırdır. Bu üç sektora, o cümlədən maliyyə, energetika və hərbi sektoru əhatə edəcək”-deyə, adı açıqlanmayan diplomatik mənbə bildirib.
İqtisadi sanksiyalar neft-qaz sahəsini əhatə edə bilər. Bundan başqa bazara kapital axınına, kürü, qiymətli metallar, araq və xəz tədarükünə məhdudiyyətlərin qoyulması da nəzərdə tutulur.