Avropa Birliyinin xarici işlər nazirləri Ukraynadakı vəziyyətdə suçlu bilinənlərə qarşı tətbiq edilən fərdi sanksiya siyahısını genişləndirir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Lüksemburqun xarici işlər naziri Jan Asselborn bu haqda bəyanat verib.
Onun sözlərinə əsasən, sanksiyalarda əvvəlki prinsiplər nəzərdə tutulub - viza yasağı və bank hesablarının dondurulması.
Asselborn əlavə edib ki, konkret adlar hələlik müəyyənləşməyib.
Avropa Birliyinin aprelin 10-dakı sanksiya siyahısı genişlənib və orada 107 rusiyalının adı nəzərdə tutulub. Siyahıya Rusiya hakimiyyətinin demək olar ki, bütün üzvləri, o cümlədən Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları , habelə bir neçə jurnalistin adı daxil edilib.