AB, Ukrayna və Rusiya anlaşa bilməyib
03 may 2014 06:37 (UTC +04:00)

AB, Ukrayna və Rusiya anlaşa bilməyib

Aprelin 2-də Polşada Avropa Birliyi (AB), Ukrayna və Rusiya arasında təbii qaz məsələsi ilə bağlı üçtərəfli görüş nəticəsiz başa çatıb.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, mayda daha iki görüşün keçiriləcəyi gözlənilir.

 

AB-nin energetika məsələləri üzrə komissarı Hünter Ettinger Varşavada keçirilən bu görüşdən sonra mətbuat konfransında bildirib: “Mayın ortalarında və sonunda daha iki üçtərəfli görüş keçirməyi planlaşdırırıq”.

 

 

Bu günlərdə Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirmişdi ki, ölkəsinin yeganə iddiası təbii qazın qiyməti ilə bağlıdır. Ukrayna tərəfi “mavi yanacağ”ın min kub metrinə 268 dollar ödəməyə hazır olduğunu bildirdiyi halda, Rusiya isə həmin həcmdə təbii qaza 486 dollar tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572
avatar

Oxşar yazılar