Hindistanlı aktrisa, "Zita və Gita" filmində baş rolun ifaçısı Hema Malini yol qəzasına uğrayıb. Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, məlumatı "İndian Express" qəzeti yayıb.
Aktrisaya məxsus "Mercedes" markalı avtomobil Hindistanın şimal-qərbində başqa minik maşını ilə toqquşub. Qəza nəticəsində digər avtomobildə bir uşaq ölüb, dörd nəfər xəsarət alıb.
Hema Malini isə Caypur şəhərindəki iri özəl Fortis klinikasına çatdırılıb. Aktirasının həyatı üçün təhlükə yoxdur.
"Zita və Gita" filmi ekranlara 1972-ci ildə çıxıb, SSRİ, eləcə də, Azərbaycanda ən gəlirli filmlərdən biri olub.