"Xorasan" terror təşkilatının lideri belə öldürüldü
29 sentyabr 2014 11:54 (UTC +04:00)

"Xorasan" terror təşkilatının lideri belə öldürüldü

"Xorasan" terror təşkilatının lideri Muhsin Al-Fadli öldürüldüyü barədə xəbər yayılıb. APA TV-nin xəbərinə görə, onun ABŞ və koalisiya qüvvələrinin Suriya ərazisinə hava hücumu nəticəsində öldürüldüyü bildirilir. Məlumatı "əl-Qaidə" üzvü olan bir terrorçu təsdiqləyib. Saytların birində "əl-Qaidə" lideri Ayman əl-Zəvahirinin silahdaşlarından biri dünən Muhsin Al-Fadlinin ölümünə görə baş sağlığı verib. Terrorçu qrup rəhbərinin 23 sentyabr hücumlarında məhv edildiyi qeyd olunur.


Qeyd edək ki, "Reuters" xəbəri ABŞ idarəçiliyindən bir qaynağa istinadən yaysa da, Pentaqon təsdiqləməmişdi.

 

Bir neçə gün öncə "Xorasan" terror təşkilatı barədə informasiyalar yayılıb. Bildirilirdi ki, bu təşkilat İŞİD-dən daha təhlükəlidir və Qərb ölkələrində və ABŞ-da terror aktları törətmək niyyətindədir.

 

Xorasanın yeni 11 sentyabr hadisələri törətmək niyyətində olduğu bildirilirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968
avatar

Oxşar yazılar