"Vaşinqton Rusiyanı təcrid etmək siyasəti aparmır"
16 dekabr 2015 00:23 (UTC +04:00)

"Vaşinqton Rusiyanı təcrid etmək siyasəti aparmır"

0

Vaşinqton Rusiyanı təcrid etmək siyasəti aparmır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Moskvada danışıqların yekununa dair ABŞ dövlət katibi Con Kerri deyib.

 

“Biz Rusiyanın təcrid edilməsini nəzərdə tutan siyasət aparmırıq. Xeyr”, deyə Kerri bildirib.  

 

“Lakin biz həmişə demişik ki, ABŞ və Rusiya arasında razılığın olması bütün dünyayanın maraqlarına cavab verir. Düşünürəm ki, bu hər iki liderin püxtələşməsini və onların rolunun əhəmiyyətini nümayiş etdirir”, deyə ABŞ dövlət katibi əlavə edib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar