<span style="color:red;">ŞOK TƏLƏB:  "Türkiyəyə şəriət gəlməli, spirtli içki qadağan olunmalıdır"
13 noyabr 2014 11:41 (UTC +04:00)

ŞOK TƏLƏB: "Türkiyəyə şəriət gəlməli, spirtli içki qadağan olunmalıdır"

AKP-çi bələdiyyələrin ailə məsləhətçisi Sibel Üresin maraqlı açıqlama ilə çıxış edib. Lent.az-ın məlumatına görə, iqtidaryönlü televiziyalardan birinə açıqlama verən Üresin Türkiyədə şəriət qanunlarının bərqərar olmasının vacibliyini bildirib. “Şəriət gəldiyi təqdirdə, bir çox qanunsuzluğun aradan qalxacağına inanıram”.

Hakim partiyanın üzvü olan xanım məsləhətçinin sözlərinə görə, şəriət bərabərlik və dinclik gətirəcək: “Narkotika, spirtli içki və dinimizin haram buyurduğu hər şey qadağan olunmalıdır. Bu təbii ki, insanlara dinclik verən bir şeydir”.

Üresin onu da vurğulayıb ki, fahişəliyə də son qoyulmalıdır.

Qeyd edək ki, adıçəkilən xanım bundan əvvəl təkarvadlılığın tərəfdarı kimi çıxış etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1690
avatar

Oxşar yazılar