"Taliban" 18 əsgəri qətlə yetirdi
13 aprel 2015 21:25 (UTC +04:00)

"Taliban" 18 əsgəri qətlə yetirdi

0

Əfqanıstanın şərqində "Taliban" qruplaşmasının üzvləri 18 əfqan əsgərini qətlə yetiriblər.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görı, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi xəbər yayıb.

 

Bildirilib ki, Bədəxşan əyalətində gedən son döyüşlərdə 35-ə yaxın hərbi qulluqçu öldürülüb, itkin düşüb və yaralanıb. Onlardan bir neçəsinin başı kəsilmiş halda tapılıb. Döyüşlər "Taliban" üzvlərinin Jurm rayonunda bir neçə hərbi məntəqəyə hücum edərkən baş verib.

 

Yerli qubernatorun nümayəndəsi Əhməd Navid Froutan 18 əsgərin öldürüldüyünü və onlardan 8-nin başının kəsildiyini deyib. Hücuma görə məsuliyyəti "Taliban" öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar