Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində keçmiş “qanuni oğru” güllələnib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə Odintsov rayonunda qeydə alınıb. Rusiya daxili işlər orqanlarından “İnterfaks” agentliyinə bildirilib ki, öldürülən şəxs “Timoxa” ləqəbli Belarus vətəndaşı Aleksandır Tumaşenkodur.
“Timoxa” ləqəbli “qanuni oğru” bu ilin yanvar ayında kriminal aləmdə rüsvay olmuşdu. Belə ki, “Timoxa” Ryazan prospektində kafelərin birində polislərlə tərəfindən saxlanılmışdı. Onu narkotika qaçaqmalçılığında şübhəli bilib polis bölməsinə aparmışdılar. Bölmədə dindirilmə zamanı Aleksandır Tumaşenko kriminal aləmdə qəbul edilməyən hərəkət edərək, “qanuni oğru” olmadığı barədə izahat yazıb. Aleksandır Tumaşenko verdiyi ifadədə kriminal aləmlə əlaqəli olmadığını bildirib. O, bildirib ki, heç zaman “sxodka”da iştirak etməyib.
Bu əməl kriminal aləmə zidd olduğu üçün onu “qanuni oğru” titulundan məhrum ediblər. Daha sonra isə Aleksandır Tumaşenkonu hüquq-mühafizə orqanları ilə əlbir olmaqda ittiham ediblər. Ehtimal olunub ki, Aleksandır Tumaşenko polislərə işləyib. Buna sübut kimi onun iştirakçısı olduğu bir çox “sxotka”larda planlaşdırılan əməliyyatlarının alınmaması da göstərilib.
Qeyd edək ki, onun məhz kriminal aləmin əli ilə öldürüldüyü ehtimal edilir.

"Sxodka"da biabır olan qanuni oğrunu güllələdilər
Oxşar yazılar

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ
11 may 2025 , 16:14
Trampdan yeni sürpriz
11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı
11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi
11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir
11 may 2025 , 02:45
İstanbulda QƏZA: 50-yə yaxın yaralı var
11 may 2025 , 00:24
Pakistan və Hindistan atəşkəsə razı oldu
10 may 2025 , 16:27