Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin “qara yeşiyini” oxumaq mümkün olmayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər. Nazirlikdən deyiblər ki, “qara yeşik” o dərəcədə zədələnib ki, onun içərisindəki informasiyanı oxumaq qeyri-mümkündür. Belə ki, mikrosxemlərdən yalnız biri normal durumdadır, qalan 15-ci çox ciddi şəkildə zədələnib.
Xatırladaq ki, bu yaxınlarda “qara yeşik” Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə canlı yayında açılıb. Lakin açıldıqdan sonra qurğunun zədələndiyi məlum olub.