"Skype"dakı problemlər nə zaman həll olunacaq?
21 sentyabr 2015 20:27 (UTC +04:00)

"Skype"dakı problemlər nə zaman həll olunacaq?

"Microsoft" korporasiyası "Skype" sosial şəbəkəsində yaranan problemlərin nə zaman aradan qaldırılacağını bilmir.

 

"APA-Economics"in məlumatına görə, bu barədə korporasiyanın yaydığı bəyanatda deyilir.

 

Məlumatda deyilir: "Biz "Skype"dan istifadəyə mane olan nasazlığın aradan qaldırılması istiqamətində işləyirik. Lakin nasazlığın nə zaman aradan qaldırılacağı məlum deyil".

 

Qeyd edək ki, "Skype"ın istifadəsində problemlər dünya üzrə müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270

Oxşar yazılar