"Selfi" çəkdirmək üçün xüsusi tufli
01 aprel 2015 01:04 (UTC +04:00)

"Selfi" çəkdirmək üçün xüsusi tufli

ABŞ-ın “Miz Mooz” şirkəti "selfi" çəkilişləri üçün qadın tufliləri təqdim edib.

 

Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, “Selfie Shoes” adlanan ayaqqabılar firmanın onlayn mağazasında satılacaq.

 

Tuflilər aprelin 2-dən etibarən 199 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

 

Tuflinin forması onların ön hissəsinə mobil telefonu yerləşdirməyə imkan verir. Tufli sahibi ayağını qaldırmaqla barmağı ilə ayaqqabının içindəki xüsusi klavişə basaraq "selfi" çəkdirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar