Suriyada döyüşən terrorçu: <span style="color:red;">"Şəhid olub 72 huri alacaqdım"
10 aprel 2015 11:12 (UTC +04:00)

Suriyada döyüşən terrorçu: "Şəhid olub 72 huri alacaqdım"

“Suriyaya müsəlman qardaşlarıma yardım etmək üçün getmişdim. Şəhid olub 72 huri alacaqdım”.

 

Lent.az-ın "Sözcü" qəzetinə istinadən məlumatına görə, bunu Suriyada Əl-Qaidə ilə bağlılığı olan Əl-Nüsra cəbhəsinə qatılan türk əsilli alman vətəndaşı Ufuk C. məhkəmədə deyib. Terror təşkilatına üzv olmaqda təqsirləndirilən Ufukun bu çıxışı hamını heyrətləndirib. O bildirib ki, 20 gün hərbi təlim alıb: "6 atışdan ancaq biri hədəfə dəydi. Bundan sonra Almaniyaya geri döndüm”.

 

Qeyd edək ki, Ufuk C. Ötən ilin aprelindən iyuluna qədər Suriyadakı döyüşlərə qatılıb. Almaniyaya qayıdanda isə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar