Qaraçöpdəki yataqdan qaz hasilatına başlanılıb
20 iyun 2014 00:19 (UTC +04:00)

Qaraçöpdəki yataqdan qaz hasilatına başlanılıb

0
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qaraçöpün (Saqareco rayonu) Yor-Muğanlı kəndinin “Acı Dərə” deyilən ərazisində Amerikanın “PRONTERA” şirkəti tərəfindən tapılmış qaz yatağından "mavi yanacağ"ın hasilatına başlanılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland da iştirak edib.

 

Şirkətin icraçı  direktoru Stiv Nikadros jurnalistlərə açıqlamasında  rəhbərlik etdiyi “PRONTERA” şirkətinin 1997-ci ildən Gürcüstanda fəaliyyət göstərdiyini və təbii qaz tapılan yerdə 2011-ci ildən kəşfiyyat işlərinin aparıldığını bildirib: “Bu gün tarixi hadisədir. Biz indiyədək Gürcüstana 400 milyon dollar investisiya yatırmışıq. Bu investisiyanın nəticəsi olaraq, biz bu gün  42 milyard kubmetr qaz ehtiyatı olan yatağın ilk məhsulunu boruya ötürdük. İnanıram ki, bu tapıntı gələcəkdə Gürcüstanın qaz hasilatı sahəsində müstəqil olmasına böyük imkanlar yaradacaq”.

 

ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland çıxışında Gürcüstanın gələcəkdə qaz ixrac edən ölkəyə çevriləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1585

Oxşar yazılar