"Obama hərbi sirləri açır"
22 aprel 2015 23:09 (UTC +04:00)

"Obama hərbi sirləri açır"

Dünyada ən yaxşı radioelektron mübarizə sistemlərinə malik ABŞ Rusiyanın İrana tədarük etməyi planlaşdırdığı S-300 hava hücumundan müdafiə sistemlərini qabaqlaya bilər.

 

Lent.az-ın “trend”-ə istinadən məlumatına görə,  bu barədə “Novaya qazeta”nın hərbi icmalçısı Pavel Felgenhauer deyib.

 

ABŞ Prezidenti Barak Obama dünən bəyan etmişdi ki, S-300 zenit-raket sistemləri Vaşinqton üçün əngəl törətməyəcək və lazım olarsa, Birləşmiş Ştatlar onları qabaqlaya bilər. Ekspert hesab edir ki, bu bəyanatı uydurma adlandırmaq olmaz: “Çox güman ki, bu, vacib hərbi sirlərin üstünün açılmasıdır”.

 

Onun sözlərinə görə, radioelektron mübarizə çox məxfi hərbi sahədir: “Real döyüş olmayanadək kimin üstün olduğunu söyləmək mümkün deyil”.

 

P.Felgenhauer qeyd edib ki, Rusiyanın İrana hansı S-300 sistemlərini göndərəcəyi qaranlıq olaraq qalır: “Obama təfərrüatları açıqlamadı. Görünür, prezident güman edir ki, onların radioelektron mübarizə sistemləri S-300-ün öhdəsindən gələ bilər. Lakin bunu dəqiq söyləmək olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar