"Miss Amerika-2016"-nın qalibi bəlli oldu
15 sentyabr 2015 05:17 (UTC +04:00)

"Miss Amerika-2016"-nın qalibi bəlli oldu

0

ABŞ-ın Corciya ştatından olan 21 yaşlı tələbə "Miss Amerika-2016" tituluna layiq görülüb.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, sentyabrın 13-də ABŞ-ın Atlantik-Siti şəhərində keçirilən "Miss Amerika-2016" gözəllik müsabiqəsinin qalibi 21 yaşlı Betti Kentril olub. Betti gözəl titulunu, 50 min dollar məbləğində pul və tac qazanıb.

 

"Bu inanılmazdır, mən sadəcə inana bilmirəm, hakimlərə və ailəmə minnətdaram. İndiyə kimi belə həyəcanlanmamışam, başqa heç nə deyə bilmirəm" - tədbir bitəndən sonra Betti jurnalistlər ilə öz sevincini bölüşüb.

 

Kentrel 51 rəqibi geridə qoymağı bacarıb. Gənc model hazırda Meykon şəhərində Mersera universitetində musiqi pedaqogikasını öyrənir. Seçim zamanı Betti münsiflər heyəti və tamaşaçılar üçün opera ariyasını ifa edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar