"Lufthansa"da tətil: uçuşlar ləğv ediləcək
17 mart 2015 05:35 (UTC +04:00)

"Lufthansa"da tətil: uçuşlar ləğv ediləcək

Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotları martın 18-də tətil edəcəklər.

 

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya pilotlarının həmkarlar ittifaqı bəyan edib.

 

Qeyd olunur ki, bununla aviaşirkətinin əməkdaşları xüsusən gənc pilotların əmək şəraiti ilə bağlı narazılıqlarını ifadə edəcəklər.

 

Tətilin orta və yaxın məsafəli uçuşlara şamil ediləcəyi vurğulanır.  “Lufthansa”nın törəməsi olan “Germanwings” və “Eurowings” etirazda iştirak etməyəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar