İngiltərədə çıxan “Daily Mirror” gəzetində “Keçmiş ərim indi arvadımdır» başlıqlı yazı dərc olunub.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, qəzet yazıb ki, cinsini cərrahiyyə əməliyyatı yolu ilə dəyişdirən keçmiş ər, qadın kimi təkrar olaraq, öz xanımına ərə gedib.
Onların 3 övladı var. Keçmiş kişi adı Andre, indiki adı Keyt olan 50 yaşlı sabiq ər xanımı Elen Ratslife ilə 28 ildir evlidirlər.
Bu cütlük ilk dəfə 1986-cı ildə ər-arvad olaraq evlənib. 43 yaşlı qadın bildirib ki, cərrahiyyə əməliyyatından sonra ərindən boşanıb. Ancaq sonra keçmiş ərini başa düşdüyündən onunla yenidən evlənmək (bu dəfə iki həmcins kimi) qərarına gəlib.