İŞİD fransızı edam etdi
24 sentyabr 2014 21:21 (UTC +04:00)

İŞİD fransızı edam etdi

Əlcəzairdə girov götürülən Fransa vətəndaşı edam olunub.

 

Əlcəzairdə “İslam dövləti” qruplaşmasına yaxın yaraqlılar tərəfindən girov götürülən Fransa vətəndaşı Erve Qurdel edam olunub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, edam faktını terrorçuların yaydığı “Fransa hökuməti üçün qanlı məktub” adlı video təsdiqləyir.

 

Bundan əvvəl Internetdə Fransa vətəndaşının video görüntüləri yayılmışdı. Qurdel Fransa prezidenti Fransua Ollandı İraqda terrorçulara qarşı əməliyyatda iştirak etməməyə çağırmışdı. 

 

Erve Qurdel Əlcəzairin şərqində Tizi-Uzu şəhəri yaxınlığında girov götürülmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833
avatar

Oxşar yazılar