“İslam Dövləti” qruplaşması (İŞİD) Livan vətəndaşını edam edib, 10 suriyalını isə girov götürüb
“İslam Dövləti” terrorçu qruplaşması ötən həftə girov götürülən Livan vətəndaşını edam edib, sərhədyanı Ersəl şəhərində 10 suriyalını isə girov götürüb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Livanın “Saut Lübnan” radiostansiyası məlumat yayıb.
Məlumata görə, öldürülən livanlı və girov götürülən suriyalılar Bəşər Əsədin tərəfində qruplaşmalara qarşı vuruşan Livanın “Hizbullah” hərəkatı ilə əlaqəli olublar.