“İslam dövləti” (İŞİD) qruplaşmasının lideri Abu Bəkr Əl-Bağdadinin ağır yaralandığı haqda məlumat yayılıb.
APA-nın “The Guardian”a istinadən verdiyi məlumata görə, hadisə İraqın qərbində aviazərbələr zamanı baş verib.
Aldığı xəsarətlər A. Əl-Bağdadinin həyatına ciddi təhlükə törətsə də, artıq onun durumun yaxşılaşmağa doğru getdiyi bildirilir.
Bununla belə qruplaşma liderinin hələlik gündəlik işlərlə məşğul olmadığı deyilir.