"İŞİD"-in üzvü olan 18 əcnəbi terrorçu öldürüldü
Suriya Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində “İslam Dövləti” tərəfində döyüşən 18 əcnəbi terrorçu məhv edilib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hava hücumu “İslam Dövləti”nin əsas dayaq məntəqəsi sayılan Rakka şəhərinin yaxınlığındakı Qərbiyyə şəhərində keçirilib.
Məlumata görə, zərbə əcnəbi silahlıların və qruplaşmanın liderlərinin toplaşdığı inzibati binaya endirilib.
Ölən terrorçular arasında ABŞ vətəndaşının da olduğu bildirilir.
1353