"İŞİD"-in Kobani yaxınlığındakı mövqelərinə 21 hava zərbəsi endirildi
15 oktyabr 2014 00:15 (UTC +04:00)

"İŞİD"-in Kobani yaxınlığındakı mövqelərinə 21 hava zərbəsi endirildi

0

Beynəlxalq koalisiyanın aviasiyası son iki gündə “İŞİD”-in Suriyanın Kobani şəhəri yaxınlığındakı mövqelərinə 21, İraq ərazisinə isə 1 zərbə endirib.  

 

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  ABŞ hərbçiləri vəziyyətin çox dəyişkən olduğunu, terrorçuların yeni ərazilər ələ keçirməyə çalışdıqlarını bildirirlər.

 

Məlumata görə, zərbələrdən biri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığındakı neftayırma zavoduna endirilib, təfərrüatlar hələlik açıqlanmır.  Digər zərbələr nəticəsində silahlıların bazası və “İŞİD”-in ələ keçirdikləri binalar dağıdılıb.

 

“Hava zərbələri “İŞİD”-in irəliləməsini xeyli ləngidib. Buna baxmayaraq vəziyyət qeyri sabit olaraq qalmaqdadır”, - deyə ABŞ hərbi komandanlıq nümayəndəsi bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1411

Oxşar yazılar