"İŞİD"-ə daha 17 zərbə endirildi
25 dekabr 2014 03:08 (UTC +04:00)

"İŞİD"-ə daha 17 zərbə endirildi

0

Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr sutka ərzində “İŞİD”in mövqelərinə 17 hava zərbəsi endirib.

 

APA-nın Reuters agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib.

 

Məlumata görə, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına Türkiyə ilə sərhəddə yerləşən Kobanidə 8 zərbə endirib. Həmçinin, Deyr-əz-Zorda neft çıxartma obyekti, Rakka şəhərində isə silah anbarı məhv edilib. İraqda koalisiya qüvvələri  “İŞİD”-in mövqelərinə 7 hava zərbəsi endirib.

 

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası  avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı  əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar