İŞİD-in Mosul meri öldürüldü
18 aprel 2015 11:16 (UTC +04:00)

İŞİD-in Mosul meri öldürüldü

İraqda edam edilmiş prezident Səddam Hüseynin “sağ əli” hesab edilən üsyançı lider İzzət İbrahim Duri Ərbil vilayətinin Hamrin dağlarında öldürülüb. APA-nın məlumatına görə, bu barədə BBC məlumat yayıb. Duri aktiv şəkildə İŞİD-i dəstəkləyən “Ən-Nəxşbəndi döyüşçüləri ordusu”na rəhbərlik edib.

 

Duri ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri tərəfindən devrilən və İraq məhkəməsinin qərarı ilə 2006-cı ildə edam edilən keçmiş prezident Səddam Hüseynin varisi hesab olunub.

 

Xatırladaq ki, son həftələr “İslam dövləti”nin Ərbil, Babil, Bağdad və Kərkük vilayətlərində mövqeləri zəifləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar