"İhlas" xəbər agentliyi: <span style="color:red;">"Dünyanın gözü Azərbaycandadır"
11 iyun 2015 12:07 (UTC +04:00)

"İhlas" xəbər agentliyi: "Dünyanın gözü Azərbaycandadır"

0

Türkiyənin “İhlas” xəbər agentliyi “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məqalə yayıb.

Lent.az-ın AzərTac-a istiandən məlumatına görə, “Dünyanın gözü Azərbaycandadır” sərlövhəli məqalədə dörd ildən bir keçiriləcək bu böyük idman tədbirinin birincisinə Bakının ev sahibliyi edəcəyi qeyd olunur. “Dünya idman ictimaiyyətinin həyəcanla gözlədiyi birinci Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb. Oyunlara bir milyondan artıq tamaşaçının gələcəyi gözlənilir”, - deyə məqalədə vurğulanır.

Məqalədə Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıçanın  birinci Avropa Oyunlarının əhəmiyyətli tədbir olması ilə bağlı fikri də qeyd edilib.

Bundan başqa, məqalədə oyunların keçiriləcəyi məkanlar, idmançıların qalacağı Atletlər Kəndi haqqında da məlumat verilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar