"Formula-1" rəhbəri:<b> "Putin Avropa və ABŞ-ı idarə edə bilər"</b>
11 oktyabr 2014 16:15 (UTC +04:00)

"Formula-1" rəhbəri: "Putin Avropa və ABŞ-ı idarə edə bilər"

0

“Vladimir Putin Avropa və ABŞ-ı idarə etməyə qadirdir. O, bunun öhdəsindən gələ bilər. Amma indi çox məşğuldur. O, həm də mükəmməl şəxsiyyətdir. Mən həmişə onu dəstəkləmişəm, elə indi də dəstəkləyirəm”. Lent.az-ın “İTAR TASS”-a istinadən verdiyi xəbərə görə, bu sözləri “Formula-1”-in rəhbəri Berni Ekklstoun Soçidə jurnalistlərə açıqlamasında bildirib.

 

83 yaşlı biznesmen sabah Soçidə keçiriləcək “Formula-1” yarışı zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşməyə ümid etdiyini də qeyd edib.

 

Sabah Rusiya tarixində ilk dəfə “Formula-1” yarışlarına ev sahibliyi edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 982

Oxşar yazılar