"Əş Şəbab" inzibati binaya hücum etdi: 15 ölü
15 aprel 2015 02:39 (UTC +04:00)

"Əş Şəbab" inzibati binaya hücum etdi: 15 ölü

0

Somalinin paytaxtı Moqadişoda “Əş Şəbab” terror qruplaşmasının silahlılarının hökumət binasına hücumu nəticəsində 15 nəfər ölüb, daha 20 nəfər yaralanıb.  

 

Qeyd edək ki, Moqadişoda Ali Təhsil və Neft Nazirliklərinin yerləşdiyi binanın qarşısında iki partlayış törədilib. Partlayışdan sonra silahlılar təhlükəsizlik  əməkdaşlarına atəş açaraq təhsil kompleksinə soxulmağa cəhd ediblər.   

 

Bir saat davam edən atışma nəticəsində silahlılar geri çəkilməyə məcbur olublar, onlardan dördü öldürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar