"Əş-Şəbab" terrorçuları daha 10 sülhməramlını öldürdü
13 sentyabr 2015 02:52 (UTC +04:00)

"Əş-Şəbab" terrorçuları daha 10 sülhməramlını öldürdü

0

Uqanda prezidenti Yoveri Museveni 19 Uqanda  hərbçisinin “Əş-Şəbab” silahlılarının hücumu nəticəsində həlak olduğunu bildirib.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, daha altı hərbçi itkin düşmüş hesab edilir.   

 

Prezidenti Yoveri Museveni baş vermiş hadisədə Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasında iştirak edən Uqanda hərbi korpusunun komandanlığını  günahlandırıb.  Onun sözlərinə görə, terrorçuların sentyabrın 1-də bazaya hücumu zamanı Uqanda hərbi birləşməsi lazımi müqavimət göstərməyib.

 

“Əş-Şəbab” silahlıları bundan əvvəl bir qrup uqandalı hərbçini girov götürdüyünü bildirmişdilər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar