Qərbi Afrikada yayılmış “Ebola” virusundan ölənlərin sayı 9 004 nəfərə çatıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) daha 22 525 nəfərin bu xəstəliyə yoluxduğu bildirilib.
Cəmi 1 gün ərzində üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada 25 nəfər ölüb, 38 nəfər isə ölümcül virusa yoluxub.
Ümumilikdə Liberiyada 8745 yoluxma və 3746 ölüm halı qeydə alınıb. Sierra-Leonedə xəstəliyə 10 792 yoluxub, 3301 nəfər ölüb, Qvineyada 2988 nəfər xəstələnib, 1957 nəfər həyatını itirib.