"Dövlət məni arvadımdan qorusun!"
09 noyabr 2014 16:46 (UTC +04:00)

"Dövlət məni arvadımdan qorusun!"

Türkiyədə arvadından qorxan 47 yaşlı kişi dövlətə müraciət edib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, bundan əvvəl 2 dəfə evlilik həyatı yaşayan Zekeriyya Özkartal 3 uşaq atasıdır. İndi isə Z.Özkartal 3-cü həyat yoldaşının onu ölümlə hədələdiyini deyərək, dövlətdən kömək istəyir. 

Adanada yaşayan Zekeriya Özkartal bir müddət əvvəl internetdə tanış olduğu 26 yaşlı Oya.Ç ilə evlənib. Tanışlıq və evlilik həyatı üst-üstə 3 ay sürüb. Cütlük evlilik qərarı verdikdən sonra Oya 15 sentyabrda Adanaya gedib. Bir həftə sonra isə rəsmi nigaha giriblər.

İki gün sonra isə ərinə deyib ki, İzmirə anasının yanına getmək istəyir. Zekeriya Özkartal arvadına 3 min lirə (1500 dollar) verərək onu avtobusa mindirib. Kişinin iddialarına görə, arvadı bir həftə sonra ona zəng edərək, bir daha geri dönməyəcəyini bildirib. Oyanın "Mən artıq gəlməyəcəm. Sən də İzmirə gəl, burada işlə" sözündən sonra, Adanadakı işini-gücünü buraxan Zekeriya Özkartal, İzmirə gedib inşaatlarda işləməyə başlayıb.

Bütün qazancını isə ondan tez-tez pul istəyən arvadına və qaynanasına versə də, özünü onlara sevdirə bilməyib. Zekeriya Özkartal arvadı Oya Ç.-nin əvvəlki ərinin müəmmalı şəkildə öldüyünü öyrənir. Bu da azmış kimi, Oyanın "ölən ərimə etdiklərimi sənə də edərəm" deyərək hədələməsi, qaynanasının da "qıvrım saçlıya de, gərək olanı etsin!" deməsi canına vəlvələ salıb. Hayatının təhlükə altında olduğunu anlayan Zakariyya Adanaya geri dönür.

Başına gələnləri keçən həftə "Sabah" qəzetinə danışır. Həyat hekayəsi qəzetdə dərc olunduqdan sonra gənc həyat yoldaşı ona zəng vuraraq hədələyib. Oya.Ç-nin, "Rəhmətlik ərimə etdiklərimi sənə də etdirəıcəm. Qıvrım saçlı məni çox sevir, nə desəm edir" sözündən sonra polisə gedir. Elə həmin gecə saat 3-də özünü İzmir Əmniyyət Müdirliyinin əməkdaşı kimi təqdim edən bir kişi ona zəng vuraraq ölümlə hədələyib.

Həyat yoldaşı Oya Ç. barədə şikayət ərizəsilə müraciət edən Özkartal, hələ də ölüm təhdidləri mesajları aldığını deyib. "Ölüm qorxusuyla yaşayıram. Dövlətin məni qorumasını və mənə mühafizə ayırmasını istəyirəm. Başıma bir şey gəlirsə arvadım və onun ətrafındakı insanlar cavabdehdir" - deyərək göz yaşı töküb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Oxşar yazılar