
İlk kompüter parolunun ixtiraçısı vəfat etdi
Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, Massaçusets Hesablama Mərkəzinin əməkdaşı olan F.Korbato 1950-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika üzrə bakalavr dərəcəsini, 1956-cı ildə isə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini alıb.
1962-ci ildə dosent olan alim 1965-ci ildə professor vəzifəsinə qədər yüksəlib. 1974-1978-ci və 1983-1993-cü illərdə kompüter elmləri və mühəndislik kafedrasının müdir müavini vəzifəsində çalışıb.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı istifadəçi hesablarının parolla qorunması konsepsiyasını 1961-ci ildə mütəxəssislər qrupu ilə birgə bir neçə adama eyni anda kompüterdən istifadəyə imkan verən vaxtın bölünməsi ideyası (Compatible Time-Sharing System, CTSS) əsasında proqram paketinin hazırlanması zamanı yaradıb.
F.Korbato 1990-cı ildə vaxt və resursların ayrılması ilə ümumi təyinatlı kompüter sistemlərinin hazırlanmasına verdiyi böyük töhfəyə görə “Turing Award” mükafatına layiq görülüb.
Bu, alimin yeganə yeniliyi olmayıb. “CTSS” sistemindən eyni anda istifadə modeli kompüter cavablarının gözləmə vaxtını saatlardan saniyələrədək azaltmaqla texnologiyanı daha praktik edib. Onun “Multics time-sharing system” sistemi isə “Linux” kimi gələcək əməliyyat sistemləri üçün əsas rolunu oynayıb.
Oxşar yazılar

Tramp: Sabah Ağ Evdə böyük bir gün olacaq
18 avqust 2025 , 07:44
Bir gecədə 68 nəfər həbs edilib - Baş prokurordan açıqlama
18 avqust 2025 , 06:41
Böyük fəlakət - Ölənlərin sayı 645 nəfərə çatdı
18 avqust 2025 , 03:34
Paşinyandan geri addım - Üzr istədi
18 avqust 2025 , 01:17
Putinin Ukrayna müharibəsinin bitməsi üçün şərtləri məlum oldu
17 avqust 2025 , 10:42
Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı
17 avqust 2025 , 03:25
Məşhur çimərliyə giriş bağlandı
17 avqust 2025 , 02:41