"Cənubi Qafqazda Azərbaycansız Rusiyanın siyasəti mümkün deyil"
26 noyabr 2014 01:45 (UTC +04:00)

"Cənubi Qafqazda Azərbaycansız Rusiyanın siyasəti mümkün deyil"

"Cənubi Qafqazda Azərbaycansız Rusiyanın siyasəti mümkün deyil". Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Humanitar Universitetinin postsovet ölkələri kafedrasının dosenti, politoloq Aleksandr Quşin bildirib.

 

 

Onun sözlərinə görə, Cənubi Qafqazda iki ölkə arasında olan münasibətlər Rusiya üçün əsasdır: "Kreml üçün rəsmi Bakı ilə münasibətlər olduqca önəmlidir. Baxmayaraq ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə inteqrasiyada aktivlik göstərir. Bakı ilə Moskva arasındakı münasibətlər fərqli dövrlərini yaşayıblar. Olduqca isti və dostluq əlaqələrinin olduğu dövr, daha sonra isə iki ölkə arasında nisbətən durğunluq dövrü yaşanıb. İndi isə münasibətlər yüksək səviyyədədir. Obyektiv desək, Azərbaycan və Rusiya daima dostluq edəcəklər, nə qədər ki, hər iki ölkə bir-birilə iqtisadi əməkdaşlıq etməkdə maraqlıdırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Oxşar yazılar