APA-nın “The İndependent” nəşrinə istinadən verdiyi məlumata görə, bundan sonra qruplaşma “İslam dövlətinin Qərbi Afrika əyaləti” adlanacaq.
“Boko Haram” terrorçuları qruplaşmasının adının dəyişdirilməsini Karamqa adasına hücumla qeyd ediblər. Həmin adada Niger ordusunun bazası yerləşir. Hücum zamanı Niger hərbçilərinin ciddi itkilər verdiyi bildirilir.