Kamerun ordusu “Boko-Haram” terror təşkilatının 100-ə yaxın döyüşçüsünü məhv edib. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kamerunun rabitə naziri İssa Tximora məlumat verib.
İ.Txiroma verdiyi açıqlamada “Boko Haram” terror təşkilatının ölkənin şimalında Nigeriya ilə sərhəddəki Fokol bölgəsinə raket atdığını bildirib. Kamerun ordusu raket hücumuna ağır silahlarla cavab verib. Nəticədə 100 terrorçu öldürülüb, yerdə qalanlar isə Kamerun-Nigeriya sərhədindən təxminən 100 metr uzaqlaşmaq məcburiyyətində qalıb.
Əvvəllər də Kamerun-Nigeriya sərhədindəki Fokol bölgəsində Kamerun ordusu ilə “Boko Haram” döyüşçüləri arasında atışmalar olub.