“İmkanım olsaydı, Krımda referendumun keçirilməsinin və bu bölgənin Ukraynadan ayrılmasının qarşısını almağa çalışardım”.
APA-nın məlumatına görə, bunu “Dojd” telekanalına müsahibəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç deyib. “Bu proseslər mənim vaxtımda olsaydı, buna imkan verməməyə çalışardım”, - deyə o vurğulayıb.
Krımda baş verənləri faciə adlandıran Yanukoviç Rusiya prezidenti Vladimir Putindən Ukraynaya qoşun yeritməyi xahiş etdiyini təsdiqləyib.