"Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir". APA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu “seçkilər”in hüquqi nəticəsi ola bilməz: "Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir”.