<b>Turçinov:</b> “...bu qərar əhəmiyyətlidir”
28 mart 2014 13:19 (UTC +04:00)

Turçinov: “...bu qərar əhəmiyyətlidir”

0

Ukrayna bütün sivil dünyaya ölkənin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edir.


 

APA-nın məlumatına görə, bunu Ali Radanın plenar iclasında Ali Radanın sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.

 

O qeyd edib ki, BMT Baş Assambleyasında qəbul olunan qətnamə Ukrayna üçün çox vacibdir.

 

Rusiyanın təcavüzünü pisləyən A.Turçinov bildirib ki, dünyanın bir çox ölkələri BMT Baş Assambleyasında Ukraynaya tam dəstəyini ifadə edib: “Bütün sivil dünyanın dəstəyi və BMT-nin bu qərarı ölkəmiz üçün əhəmiyyətlidir”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 966

Oxşar yazılar