<b>Vladimir Putin: Rusiya Avropa ilə əlaqələri bərpa etməyə hazırdır</b>
10 may 2015 02:52 (UTC +04:00)

Vladimir Putin: Rusiya Avropa ilə əlaqələri bərpa etməyə hazırdır

Rusiya prezidenti Vladimir Putin Çexiya prezidenti Miloş Zeman kimi siyasətçilərin köməyi ilə Rusiyanın Avropa ilə münasibətlərinin bərpa ediləcəyinə ümidvar olduğunu bildirib.  

 

“Avropa ilə münasibətlərin soyuqlaşmasının təşəbbüskarı biz olmamışıq, lakin ümid edirəm ki,  sizin kimi siyasətçilərin köməyi ilə əlaqələrin nəinki əvvəlki həcmdə bərpa etmək, hətta daha irəli getmək mümkün olacaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə V. Putin çexiyalı həmkarı ilə görüş zamanı bildirib.    

 

“Biz ümid edirik ki, Çexiya, Şərqi Avropa, ümumilikdə, Avropa ilə əlaqələri bərpa etmək və onları inkişaf etdirmək mümkün olacaq”, deyə Putin bildirib.  

 

Onun sözlərinə görə, Rusiya və Aİ-nin tətbiq etdikləri qarşılıqlı sanksiyalar mal dövriyyəsinə mənfi təsir edib.

 

“Bundan hamı ziyan çəkir, bunda yaxşı heç nə yoxdur, biz bunu anlayırıq və əlaqələrimizi tamamilə bərpa etməyə hazırıq”, deyə Rusiya prezidenti qeyd edib.  

 

"От этого все несут только убытки, ничего хорошего в этом нет, мы это понимаем и готовы полностью восстановить наши связи", — подчеркнул глава российского государства.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar