APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Almaniyanın "Bild" nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.
"Biz hər şeyi düzgün etmədik. 25 il bundan öncə Berlin divarı dağılsa da, Avropanın parçalanmasının qarşı alınmadı, görünməyən divarlar isə sadəcə şərqə tərəf çəkildi", - deyə o qeyd edib.
Rusiya prezidentinin fikrincə, bu, gələcəkdə qarşılıqlı ittihamlar, anlaşılmazlıqlar və böhranlar üçün zəmin yaradıb: "Berlin divarı söküləndən sonra NATO-nun Şərqə doğru genişlənməyəcəyini deyirdilər. Lakin NATO-nun infrastrukturu şərqdə inkişaf etməyə başladı və nəticədə genişlənmə baş verdi".