[b]Putin:[/b] “NATO-ya adekvat cavab verəcəyik”
22 iyul 2014 18:14 (UTC +04:00)

[b]Putin:[/b] “NATO-ya adekvat cavab verəcəyik”

0

NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşmasına adekvat cavab verəcəyik.


 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında bəyan edib.



Putin qeyd edib ki, NATO-nun ordu birləşmələri Şərqi Avropa ölkələrində, xüsusilə də Qara və Baltik dənizləri akvatoriyalarında nümayişkəranə şəkildə gücləndirilir.


Onun sözlərinə görə, Rusiya sərhədlərinə yaxınlaşmaqda olan ABŞ-ın raketlərdən müdafiə sistemi Vaşinqtonun hücum sisteminin bir hissəsidir: “Bizə deyirlər ki, raketdən müdafiə sistemi müdafiə üçündür, amma heç də belə deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1361

Oxşar yazılar