Türkiyənin Şırnaq vilayətinin Cizrə rayonunda PKK terrorçularının hərbi maşın karvanına hücumu nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər və 1 polis əməkdaşı ağır yaralanıb.
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, terrorçuların yola döşədiyi partlayıcı qurğu zirehli avtomobillər keçərkən işə salınıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada bildirilir ki, bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir. Bu çərçivədə bölgəyə gedən zirehli maşına hücum olub və nəticədə 3 hərbçi şəhid olub, 2 nəfər yaralanıb.