APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Hakkarinin Şəmdinli rayonunun Təkəli kəndi yaxınlığında baş verib. Hərbi avtomobil yoldan keçərkən yolun kənarına basdırılmış bomba terrorçular tərəfindən partladılıb. Nəticədə 2 əsgər həlak olub, 3-ü yaralanıb. Yararlılar xəstəxanaya çatdırılıb. Terrorçulara qarşı əməliyyat başlayıb.