[b]Nemtsovun qatillərindən etiraf:[/b] "Üçüncü cəhddə öldürdük"
06 yanvar 2016 14:07 (UTC +04:00)

[b]Nemtsovun qatillərindən etiraf:[/b] "Üçüncü cəhddə öldürdük"

Rusiyalı siyasətçi Boris Nemtsovu öldürməkdə təqsirli bilinən Zaur Dadayev və Anzor Qubaşev qətl gününə kimi onu iki dəfə öldürməyə cəhd göstərdiklərini açıqlayıblar.

 

APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, bu barədə onlar yazılı və görüntülü sorğular zamanı deyiblər.

 

Bildirilir ki, Parisdəki “Charlie Hebdo” jurnalına 7 yanvar tarixli silahlı hücuma qədər onlar Boris Nemtsovu öldürüb-öldürməmək məsələsində tərəddüd ediblər. Bu tarixdən sonra isə fevralın 27-nə qədər iki dəfə buna cəhd etsələr də, alınmayıb. “Nemtsovu 27 fevrala kimi 3 dəfə görmüşük. Ya məsafə, ya da vəziyyət cinayəti törətməyə imkan verməyib”,- deyə Anzor Qubaşev söyləyib. Zaur Dadayev də Nemtsova 2 dəfə atəş açmağa çalışdığını, lakin ətrafda insanların çoxluğu səbəbi ilə bunu edə bilmədiyini deyib.

 

Olay baş verən gün (27 fevral, 2015) hər iki şəxs Nemtsovun gəlmədiyini görüb, geri - öz “post”lartına qayıtmaq istəyiblər. Lakin daha yarım saat gözlədikdən sonra müxalif lider hadisə yerinə gəlib. Onlar əvvəlcə Kremlin yaxınlığında atəş açmaq istəməsələr də, qartəmizləyən maşının atəş səsini boğacağını düşünərək Nemtsovu güllələyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar