Rusiyada erməninin 7-ci mərtəbədən atdığı 16 yaşlı rus qızı Moskva xəstəxanalarının birində dünyasını dəyişdi.
Lent.az anspress-ə istinadən məlumat verir ki, iyulun 6-da səhər saatlarında Moskvanın cənubunda Ermənistandan qazanc dalınca gəlmiş erməni kişi kirayə qaldığı evin sahibəsinin 16 yaşlı qızını, daha sonra isə itini 7-ci mərtəbədə yerləşən mənzilin pəncərəsindən atıb. Qız və it möcüzə nəticəsində sağ qala bilsə də, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məktəbli ot örtüyünün üzərinə düşüb, it isə budaqlara ilişib və maşınların yanına düşüb.
Yaxınlıqdan təsadüfü keçənlər olub və dərhal məktəbli üçün təcili tibbi yardım çağırıblar, iti isə veterinar klinikaya aparıblar. Həkimlərin səyinə baxmayaraq bir həftədir reanimasiyada saxlanılan məktəbli qız bazar gecəsi dünyasını dəyişib.
Ağır cinayətdə şübhəli bilinən erməni vətəndaşı Vaqran Ayvazyan saxlanılıb. Saxlanılan zaman cinayətkar həddindən artıq sərxoş olub . Onun sözlərinə görə, guya qız özü pəncərədən yıxılmaq istəyib.
Qonşular iddia edirlər ki, şübhəli şəxs qıza vurulubmuş: “Biz bilirik ki, qızın anasının evə buraxdığı kirayənişin qız ilə birgə yaşayıb. Biz bununla bağlı nəsə etmək istəyirdik, kiməsə bu barədə demək istəyirdik”, - Yelena adlı qonşu danışıb.