[b]Kiyev:[/b] Rusiya “sülhməramlıları” Ukraynaya keçməyə cəhd edib
14 avqust 2014 10:18 (UTC +04:00)

[b]Kiyev:[/b] Rusiya “sülhməramlıları” Ukraynaya keçməyə cəhd edib

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Valeri Çalıy bəyan edib ki, ötən gecə humanitar yardım yükünü müşayiət edən rusiyalı sülhməramlılar sərhəddən Ukrayna ərazisinə soxulmağa cəhd edib.

 

 APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, V. Çalıy bildirib ki, Rusiya “sülhməramlıları”nın Xarkov vilayəti ərazisindən ölkəyə keçmək cəhdinin qarşısı alınıb: “Prezident bu məsələ ilə bağlı təcili müşavirə çağıraraq, beynəlxalq səviyyədə danışıqlar aparıb. Beləliklə də, vəziyyəti nəzarətdə saxlamaq mümkün olub”.

 

V. Çalıy bir daha təkrarlayıb ki, Ukrayna yükü müşayiət edən hər hansı qüvvələrin ölkə ərazisinə girməsinə yol verməyəcək.

 

Qeyd edək ki, humanitar yardım daşıyan 280 yük avtomobili avqustun 12-də Rusiya Federasiyasından Ukraynaya yola düşüb. Lakin bu yardımın çatdırılmasında əlaqələndirici olan beynəlxalq Qırmızı Xaç Komitəsi bu yükün nədən ibarət olması və hara getməsi ilə bağlı onlarda heç bir informasiyanın olmadığını bildirib.

 

Ukrayna hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin sertifikatlaşdırılması olmadan Rusiyanın humanitar yardım daşıyan avtomobil karvanını ölkəyə buraxmayacağını bəyan edib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878
avatar

Oxşar yazılar