"Vaşinqton Suriyada Əsəd rejimini dəyişməyə cəhd göstərmir və bu ölkənin daxili işlərinə qarışmır".
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibiCon Kerri "Vesti v subbotu" proqramına müsahibəsində deyib.
"Rusiya vətəndaşlarının ABŞ-ın mövqeyini anlaması vacibdir. Biz Suriyada idarəetmə rejimini dəyişməyə cəhd göstərmirik. Biz "rəngli inqilablara" cəlb olunmamışıq, başqa ölkələrin işinə müdaxilə etmirik", - deyə o bildirib.
C. Kerri qeyd edib ki, ABŞ-ın məqsədi sülhə nail olunmasıdır. "Bu inqilab gənc suriyalıların öz görüşlərinə görə nümayişə çıxmaları ilə başladı, lakin Əsədin onların üstünə göndərdiyi başkəsənlərlə toqquşdular. Sonra nə oldu? Gənc insanların valideynlərinin xoşuna gəlmədi ki, onların övladlarını döyürlər, buna görə onlar da küçələrə çıxdılar. Böyüklər isə güllələrlə və bombalarla qarşılandılar. Beləliklə, Suriyada daxili inqilab başladı", - deyə dövlət katibi qeyd edib.