<b>Dövlət Bağçalı: </b>“Ərdoğan “hamımız erməniyik” deyib”
24 aprel 2014 19:19 (UTC +04:00)

Dövlət Bağçalı: “Ərdoğan “hamımız erməniyik” deyib”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı baş nazir Rəcəb Tayyib Ərdoğanın 24 aprel münasibətilə verdiyi bəyanatı sərt tənqid edib.

 

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, MHP lideri baş nazirin bəyanatının çox böyük səhv olduğunu bildirib: “Türkiyədə bəzi dairələr “hamımız erməniyik” deyirdi. İndi baş nazir də “hamımız erməniyik” deməyə başlayıb. Bu, böyük yanlışdır. Ərdoğan prezidentliyə namizədlikdən vaz keçməlidir”. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 928
avatar

Oxşar yazılar